Ukrayna Rusiyanın daha bir vilayətinə daxil oldu

Ukrayna Rusiyanın daha bir vilayətinə daxil oldu
Kursk vilayətindən sonra Rusiyanın daha bir bölgəsində Ukrayna ordusu ilə ağır döyüşlər gedir.

Yenisabah.az-ın məlumatına görə, Rusiyanın bir neçə hərbi teleqram kanalı Bryansk vilayətinin Klimovski rayonunun Ukrayna ilə sərhədd bölgəsində döyüş getdiyini bildirir.

Bəzi mənbələr hücumun genişmiqyaslı olmadığını, Ukrayna ordusunun bir neçə yüngül zirehli avtomobilin dəstəyi ilə təxribat-diversiya qrupu ilə hücum etdiyini yazıb. turbo az mercedes

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukrayna ilə sərhəddə, Klimovski rayonunda döyüş olması barədə xəbərləri təsdiqləyib. Onun sözlərinə görə, döyüş artıq başa çatıb. Boqomaz Ukrayna təxribat və kəşfiyyat qrupunun Rusiya ərazisinə soxulmağa çalışdığını yazıb.

Bryansk vilayəti həm Ukrayna, həm də Belarusiya ilə həmsərhəddir, Klimovski rayonu isə üç ölkənin sərhədində yerləşir. Kursk bölgəsindəki döyüş zonası buradab təxminən 150 kilometr məsafədədir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...