Artıq ən varlı ikinci adam deyil

Artıq ən varlı ikinci adam deyil
“Oracle” korporasiyasının rəhbəri və dünyanın ən varlı adamlarından biri Larri Ellison planetin ən zəngin adamları siyahısında ikinci yeri tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” jurnalının yeni reytinq cədvəlində bildirilib.

206,5 milyard dollar sərvəti ilə Ellison “Amazon”un qurucusu Ceff Bezosu (202,9 dollar) qabaqlayıb.

Qeyd olunub ki, “Oracle” korporasiyasının rəhbərinin sərvəti bir gündə 8,8 milyard dollar artıb.

Siyahıda “SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask lider olaraq qalır. “Forbes” onun sərvətini 250,8 milyard dollar qiymətləndirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...