"AST Telman"ın qardaşını həbs edən müstəntiq işdən uzaqlaşdırıldı

"AST Telman"ın qardaşını həbs edən müstəntiq işdən uzaqlaşdırıldı


Telman İsmayılovun qətldə ittiham olunan qardaşı Rafiq İsmayılovun həbsinə qərar verən müstəntiq adıgedən cinayət işindən kənarlaşdırılıb.

Lent.az-ın məlumatına görə, bu barədə qətlə yetirilən Vladimir Savkinin oğlu Roman Savkin yerli jurnalistlərə bildirilib.

Başqa bir məlumata görə, Rafiq İsmayılov bu dəqiqələrdə Moskva vilayətinin Mojaysk rayon məhkəməsinə gətirilib. Zala onu yaxınlarından başqa heç kim buraxılmayıb. Məhkəmə yaxın saatlarda İsmayılovla bağlı qərara verməlidir.

***

Telman İsmayılovun qardaşı Rafiq İsmayılov qətlini sifariş verdiyi Vladimir Savkinə 5 milyon 500 min dollar borclu imiş. Bu barədə Rusiya KİV-ə istintaq orqanlarındakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, bir neçə il öncə onların Moskvada şərikli əyləncə mərkəzləri olub. Sonradan həmin mərkəzi satıblar. İsmayılov ümumi puldan 5 milyon 500 min dollar götürərək tezliklə qaytaracağını söz verib, amma qaytarmayıb.

Qətlə yetirilən Yuri Brilyov isə təsadüfən hadisə yerində imiş. Savkin görüşə tək getməmək üçün dostunu da özüylə götürübmüş. Nəticədə hər ikisi killerin qurbanı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
437 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...