Azərbaycanlılar “Google”də ən çox hansı siyasi xadimi axtarır?

Azərbaycanlılar “Google”də ən çox hansı siyasi xadimi axtarır?


Belə ki, açar ifadə kimi “İlham Əliyev” yazıb “Google”-də axtarışa verənlərin sayı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov barədə axtarış verənlərdən əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycan prezidenti birmənalı şəkildə birincidir. Bu da başadüşüləndir, çünki əsas qərarlar prezidentdən gəlir.

İctimai maraq doğuran ikinci şəxs Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevadır. Mehriban xanımın adı axtarış sistemində ən çox axtarılan ad olub.

Son bir ili götürəndə, ikinci yerdə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Azərbaycanda medianın diqqətində olan Kəmaləddin Heydərov və Ziya Məmmədovla isə sıravi azərbaycanlılar internetdə qat-qat az maraqlanırlar. Onlar arasında isə Ziya Məmmədova maraq Kəmaləddin Heydərova olan maraqdan nisbətən çox olub. Milli Məclis sədri Oqtay Əsədova internetdə maraq Kəmaləddin Heydərovdan qat-qat azdır.

İŞ, DOLLAR

Azərbaycanda ötən 5 ildə insanların iqtisadi sahədə maraqlandıqları arasında birinci yerdə həmişə İŞ olub.

Ancaq keçən bir ildə birinci yerə azacıq üstünlüklə, dollar-manat məzənnəsi çıxdı. Keçən il “iş”ə və “dollar”a maraq internetdə demək olar ki, yanaşı gedib. Onları yalnız aprel döyüşləri vaxtı, təbii olaraq, Qarabağ önə keçə bilib. Yeri gəlmişkən, “Google”də axtarış statistikası göstərir ki, işə maraq o qədər böyükdür ki, o, son 5 ildə hətta Qarabağa marağı da üstələyir. /Azadlıq radiosu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...