`Recep İvedik 5` qalmaqalı böyüdü - Deputatdan etiraz (Video)

`Recep İvedik 5` qalmaqalı böyüdü -


Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə görə narahat olduğunu bildirib.

AzVision.az xəbər verir ki, “Anadolu” agentliyinə açıqlama verən deputat Şahan Gökbakar və filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub yazacağını deyib:

“Filmdə bir boks səhnəsi var. Orada dialoq və mübarizə əks olunur. Mən oradakı şişirdilmiş dialoq və səhnələrdən narahatam. Fraqmenti izləyən Azərbaycandakı dostlarım mənimlə əlqə saxlayaraq narazılıqlarını bildiriblər”.

Millət vəkili iki ölkə arasında mövcud münasibətlərə toxunaraq bildirib ki, bir film səhnəsi ilə dostluğumuz pozula bilməz: “Nə üçün hər hansı filmdə bir-birimizi narahat edəcək dialoq, epizod olmalıdır? Məqsədiniz güldürmək ola bilər, bəlkə buna bir-iki nəfər gülə də bilər, amma təəssüf hissi keçirənlərin sayı daha çoxdur.

Azərbaycanlı idmançı çempion olunca, türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdan, türk idmançı çempion olanda da azərbaycanlı tamaşaçılar da Türkiyə bayrağını dalğalandırmaqdan sevinc duyarlar. Bizim öyrəşdiyimiz səhnə budur".





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...