Xalq artistlərinin maaşları niyə yarıbayarı azaldılıb?

Xalq artistlərinin maaşları niyə yarıbayarı azaldılıb?


Gənc Tamaşaçılar Teatrı 3 xalq artisti - rejissor Cənnət Səlimova, aktyorlar Yasin Qarayev və Ağaxan Salmanlının yarımştat iş cədvəlinə keçrilməsi ilə bağlı məlumat yayıb. Gundeminfo.az yazır ki, teatrdan BakiPost.az-a daxil olan məlumatda bildirilir ki, sözügedəb xalq artistlərinin məşğulluq fəaliyyəti Teatrın bədii şurasında müzakirə olunub və müvafiq qərar qəbul olunub:

"Bu günlərdə Gənc Tamaşaçılar Teatrında bir qrup prezident təqaüdçüsü və prezident mükafatçıları olan, yaşı 65-dən və 70- dən keçmiş xalq və əməkdar artistlərinin yarımştata keçirilməsi ilə əlaqədar KİV-də müxtəlif fikirlər səslənir. Teatrın bədii şurasının qərarına əsasən, teatrın bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

Ölkə başçısının 17 may 2011-ci il tarixli, 127-İVQD nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanuna əsasən yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına əlavələrin edilməsi hörmətli xalq artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə və çoxillik təcrübələrinə görə ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olub”.

Məlumat üçün bildirək ki, mətbuatda rejissor Cənnət Səlimova, aktyorlar Yasin Qarayev və Ağaxan Salmanlının yarımştat iş cədvəlinə keçirilməsi və maaşlarının yarıbayarı azaldılması ilə bağlı məlumatlar yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...