Türkiyədə CHP Zeynəb Xanlarovanın mahnısını təbliğat üçün seçdi - VİDEO

Türkiyədə CHP Zeynəb Xanlarovanın mahnısını təbliğat üçün seçdi -


Türkiyədə referendum öncəsi təbliğat-təşviqat prosesi davam edir. İstiPress-in məlumatına görə, partiyalar öz mövqelərini seçicilərə müxtəlif videoçarxlar, şüarlar və mahnılarla çatdırmağa çalışırlar. Kamal Kılıçdaroğlunun rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı diqqəti çəkib. Təbliğat mahnısının melodiyası müəllifi Ələkbər Tağıyev olan “Sənə qurban” (“Sən Müşfiqin yanında...”) mahnısı ilə eynidir.

Sözləri dahi şairimiz Mikayıl Müşfiqə aid olan və ilk dəfə xalq artisti Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz bu mahnı məhz onun sayəsində bütün dünyada məşhurdur. Bu musiqi əsasında türklərin məşhur "Mavi Boncuk" (“Mavi Muncuq") mahnısı da yazılıb. Mahnının sözləri Ülkü Akere məxsusdur. Türkiyədə hələ də insanların əksəriyyəti mahnının əsl müəllifinin azərbaycanlı olmasından xəbərsizdir.









Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...