Laçın klinikası ilə bağlı şok xəbər yayılıb

Laçın klinikası ilə bağlı şok xəbər yayılıb


Belə ki, aydın olub ki, klinikanın sahibi həkim yox, adi iş adamıdır,klinikada xəstələri gülünc vəziyyətə salan həkim isə İrandan gəlmiş həkimdir. Klinika elan edir ki, ölkədə yeganə andrologiya ixtisası üzrə klinikadır. Amma bu kökündən yalandır və ölkədə ixtisaslaşmış belə xəstəxanalar bir neçədənədir.

Sağlamxeber saytının verdiyi məlumata görə tibbi ixtisas olaraq andrologiya kişilərdə cinsi problemlərlə məşğul olur. Belə çıxır ki, ölkəmizdə kişilərdə cinsi problemlərlə məşğul olan başqa həkimlər və klinikalar yoxdur? Ən maraqlı və gülməlisi hadisə isə LAÇIN klinikasında aparıcı həkim kimi fəaliyyət göstərən doktor Kazımi haqqındadır. Amerika Androloqlar Asossiasiasının üzvü olduğu bildirilən bu həkimin yüksək səviyyəli androloq olduğu bildirilir. DİA.AZ-a bu barədə daxil olan məlumatlarda isə bildirilir ki, doktor Kazımi ümumiyyətlə ixtisasca qətiyyən androloq deyil. Doktor Kazımi ixtisasca burun-boğaz-qulaq həkimidir.

Elə buna görə də həkimin rastına çıxan xəstələrin hamısında bir qüsur tapılır. Ekspertlər bildirir ki, Laçın klinikası bununla əslində cinayət törədir. Çünki bu sahə ilə bağlı olan dərmanlar insan orqanizminə fəsadlar gətirir, hətta bəzi məqamlarda hormon pozuntularına qədər yüksək hədli fəsadlar yaradır.

Bununla yanaşı həm də Səhiyyə Nazirliyi bəyan edib ki, kənardan həkimlər gətiriləndə Səhiyyə Nazirliyinə məlumat verilməli və nazirlik razılıq verəndən sonra həkim fəaliyyət göstərə bilər. Amma Laçın klinikası Səhiyyə Nazirliyinin bu xəbərdarlığını eşitmək belə istəmir. İddia edilir ki, klinikanın sahibi yuxarı dairələrdə kimlərləsə şəriklidir və bu səbəbdən onların adından istifadə edilir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...