Ərdoğan nazirləri ilə vidalaşır Yeni hökumət qurulur

Ərdoğan nazirləri ilə vidalaşır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin toplantısında hökumət üzvləri ilə vidalaşacaq.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beştəpədə keçiriləcək görüşdə R.T. Ərdoğan həmçinin hökumət üzvlərindən halallıq istəyəcək. Bundan əlavə, Nazirlər Kabinetinin bugünkü toplantısında Suriyadakı hadisələr, sərhəddəki son vəziyyət və Türkiyənin təhlükəsiz bölgə qurmaq şansları dəyərləndiriləcək

Qeyd edək ki, Ərdoğan bundan əvvəl yanvarın 19-da, ən son isə aprelin 20-də kabinetin toplantısına başqanlıq edib.

Əgər koalisyon hökuməti qurularsa, bugünkü görüş Ərdoğanın başqanlıq etdiyi son Nazirlər Kabineti toplantısı olacaq.

İclasdan sonra hökumət üzvlərinə iftar yeməyində bir araya gələcək Ərdoğan baş nazirin köməkçiləri Bülənt Arınç, Ali Babacan, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Kənd təsərrüfatı naziri Mehdi Əkər, Çalışma və sosyal Güvənlik naziri Faruk Çeliklə vədalaşacaq və onlardan bir daha halallıq istəyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...