Türkiyə böyük generalın intiqamını alır- Əməliyyat

Türkiyə böyük generalın intiqamını alır-


Türkiyə Silahlı Qüvvələri Şırnak vilayətinin Kato bölgəsində şəhid general Aydoğan Aydın Əməliyyatı çərçivəsində PKK hədəflərini vurub.

Axar.az xəbər verir ki, yerləri PUA-larla müəyyən edilən terrorçular hava hücumu ilə məhv edilib. Əməliyyat zamanı 4 PKK-çı öldürülüb.

Bununla da sözügedən əməliyyat çərçivəsində məhv edilən terrorçuların sayı 14-ə çatıb.

Qeyd edək ki, həm qəhrəmanlığına, həm də yüksək insani keyfiyyətlərinə görə hər kəs tərəfindən sevilən general Aydoğan Aydının bir neçə gün əvvəl Türkiyənin Şırnak vilayətində qəzaya uğrayan helikopterdə həlak olması bütün Türkiyəni yasa qərq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...