Məşhur erməni müğənni Bakı restoranında konsert verəcək - FOTO

Məşhur erməni müğənni Bakı restoranında konsert verəcək -


Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranlardan birində erməni müğənni konsert verəcək.

BakuPost.az xəbər verir ki, gecə Rusakovskaya küçəsində yerləşən "Bakinskiy Dvorik” adlı restoranda baş tutacaq. Belə ki, sabah – iyunun 30-da sözügedən restoranda şanson musiqi jansı üzrə tanınmış erməni Bako (Boris Davidyan) ifa edəcək. Bu barədə restoranın sosial şəbəkələrdəki səhifələrində də məlumat yerləşdirilib. Boris Davidyan elanda "şansonun əfsanəsi” kimi təqdim olunub.

Qeyd edək ki, "Bakinskiy Dvorik” restoranlar şəbəkəsinin bir filialı da Bakıda, Abdulla Şaiq küçəsində fəaliyyət göstərirdi.

Məlumat üçün bildirək ki, Davidyan 1949-cu il, aprelin 28-də Bakıda doğulub. O, Bakı haqqında çox sayda mahnılar ifa edib.


Məşhur erməni müğənni Bakı restoranında konsert verəcək -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...