Ordumuz Ermənistanın 5 hərbçisi məhv etdi, 4 nəfər yaralandı

Ordumuz Ermənistanın 5 hərbçisi məhv etdi, 4 nəfər yaralandı


Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 4 nəfəri yaralanıb.

Gundeminfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 4 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

“Ermənistan Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra həmişə olduğu kimi ordunun itki vermədiyi haqqında məlumat verildi. Aprel döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi”, – məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, Ağdərədə (Mardakert) yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
695 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...