DYP-dən Rəşad Sadiqovla bağlı açıqlama: "Səmimi deyil"

DYP-dən Rəşad Sadiqovla bağlı açıqlama:

Azərbaycan millisinin və bir çox klublarımızın şərəfini qorumuş tanınmış futbolçu Rəşad Sadiqovun avtomobili Dövlət Yol Polisi (DYP) inspektorları tərəfindən cərimə meydançasına aparılıb.

Bu barədə futbolçunun özü məlumat verib. Təcrübəli yarımmüdafiəçi mətbuata açıqlamasında DYP əməkdaşlarına qarşı bir sıra iddialar səsləndirib. Bildirib ki, futbolçunun maşını əsassız olaraq saxlanıb və cərimə meydançasına aparılması qanunsuzdur.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Yenicag.az saytına açıqlama verən qurum rəsmisi futbolçunun səsləndirdiyi iddiaları qəbul edmədiyini açıqlayıb.

"Çox təəssüf hissi doğurur ki, Azərbaycan millisinin və bir çox klublarımızın şərəfini qorumuş Rəşad Sadiqov Dövlət Yol Polisi ilə bağlı belə açıqlama verib. Tanınmış, çox hörmətli şəxs DYP rəhbərliyinə müraciət etməli olduğu halda, məsələni ictimailəşdirməklə özünə haqq qazandırmağa çalışıb. Əslində "Maserati” makalı 10-SS-606 dövlət nömrə nişanlı avtomobil yol hərəkatı haqqında qanunun tələbini pozduğu üçün saxlanılıb. Rəşad Sadiqovun idarə etdiyi maşının mühərrikinin səs gücünün artırılması ilə əlaqədar sistemə onun iştirakı ilə baxış keçirilib. Xüsusi cihaz vasitəsi ilə normadan artıq narahatlıq yaradan, normadan artıq səs gücü aşkarlanıb. Buna görə də, o, inzibati xətalar məcəlləsinin 342.3 maddəsinə əsasən məsuliyyətə cəlb edilməlidir. Mənə təqdim edilən sənədlərə, səs yazılarına və videolara baxdıqdan sonra məlum olur ki, futbolçu bu açıqlamanı verərkən səmimi olmayıb. Sadiqova KYP 647967 saylı inzibati protokol yazılıb. Və yazılan protokolla əlaqədar onun inzibati cərimə məbləği 500 manatdır. O da məbləğin yüksək olduğunu eşidib, məsuliyyətədən yayınmaq üçün belə bir açıqlama ilə gündəmə gəlib. Sizin sayt vasitəsi ilə Rəşadı DYP-yə dəvət edirəm ki, məsələ bir daha araşdırılsın. Başqalarından fərqli olaraq hörmətli futbolçularımız başalarına da nümunə olmalıdır. Onun məsələni ictimailəşdirməsi cərimədən yayınması üçündür. Rəşadın telefonuna cərimə ilə bağlı SMS də daxil olacaq. Özünün də bununla əlaqədar şübhəsi qalmaz. Sanki DYP əməkdaşları bundan rüşvət istəyib. Görünür, cərimənin yüksək olması futbolçunu hiddətləndirib. O da DYP əməkdaşlarına fəaliyyətinə kölgə salmaq istəyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...