Qaradağda ÖZBAŞINALIQ - VİDEO

 Qaradağda ÖZBAŞINALIQ -

Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin yaşadığı binanın yaxınlığında yerləşən mərkəzi dairə adlanan ərazidən bir qrup vətəndaş saytımıza şikayət ünvanlayıb.

Şikayətdə qeyd olunur ki, əraziyə məsul şəxs “JEK” müdiri Qabil Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub ünvanlayaraq ərazidən keçən qaz borusuna maneə yaradan iki şam ağacının kəsilməsinə ehtiyac yarandığını bildirib. Bir müddət sonra əraziyə cəlb edilən fəhlələr ağacları kökündən çıxararaq məhv ediblər.

Narazı vətəndaşlar isə iddia edirlər ki, ağaclar qaz borusuna heç bir maneə törətməyib və qanunsuzluğun kökündə duran əsas səbəb ərazinin sahibkar Faiq Rüstəmov tərəfindən alınaraq gələcəkdə obyekt tikilməsi üçün nəzərdə tutulmasıdır. Yaşıllıqların qorunması üzrə məsul şəxs, “JEK” rəisi Qabil Quliyev isə sahibkar Faiq Rüstəmovdan pul aldığına görə şam ağaclarının məhv edilməsinə göz yumub.

Sakinlər aidiyyəti orqanların hadisəyə biganə qalmamalarını, qanuni tədbir görülərək günahkarların cəzalanmasını tələb edirlər. Biz isə Faktxeber.com olaraq bildiririk ki, qarşı tərəfin də mövqeyinin dərc etməyə hazırıq.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...