"Lotu Quli" kirvəsi məhkəmədə: "Kişi kişinin üzünə durmaz"

"Lotu Quli" kirvəsi məhkəmədə:

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

GUNDEMINFO.AZ Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov dindirilib.

O bildirib ki, keçən il mart ayında Nəsimi rayon ərazisində əməliyyat məlumatı daxil olub: "Mməlumat gəldi ki, həmin şəxs narkotik alveri ilə məşğul olub. Biz əməliyyat keçirdik. Saxladıq. Cibindən "İphone” markalı telefon və bükümdə 200 qramdan çox narkotik maddə aşkarladıq, protokollaşdırdıq. Sonra maşınında axtarış apardıq. Avtomobildən 16 ədəd patron, 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri vardı. Bizim qrupdan başqa Nəsimi rayon Polis İdarəsinin əməkdaşları da axtarışda iştirak edib. Ona heç bir təzyiq, işgəncə olmayıb".

Vəkilin suallarını cavablandıran polis əməkdaşı hadisənin üzərindən uzun müddət keçdiyindən bəzi detalları xatırladamadığını deyib.

Təqsirləndirilən Namazov şahidin sözlərinə münasibət bildirib: "Mənim gülməyim gəlir. Baxın, mənim maşınımdan, evimdən patron çıxır. Bəs silah hanı? bir kəlmə demək istəyirəm ki, kişi kişinin üzünə durmaz. Məni tutanda dedilər ki, sifariş yuxarıdandır, getməlisən".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...