Xarici şirkətləri ölkədən qaçıran amillər: böhran daha da dərinləşəcək (ŞƏRH)

Xarici şirkətləri ölkədən qaçıran amillər:

“Səbəb aydındır. Ölkədə iqtisadi fəallıq aşağı düşüb. Əslinə qalsa ölkəyə neft gəlirləri azalandan sonra hökumət xarici investorlar üçün daha yaxşı şərait yaradıb, onları ölkəyə cəlb etməkdənsə, bir tərəfdən iqtisadi proseslərdə məhdudlaşdırmaları artırır, ölkədən xaricə valyuta axınına ciddi məhdudiyyətlər var. Bu şirkətlər də əsasən xariclə əlaqəli işlədiklərinə görə, təbii ki, məhdudiyyətlər onların işləməsinə mane olur. Digər tərəfdən isə son vaxtlar vergi orqanları və dövlət qurumları tərəfindən onların fəaliyyətinə maneçilik törədilir.

Halbuki, sahibkarlığa məmur müdaxiləsinin aradan qaldırılması ilə bağlı qanun qəbul olunub, lakin real vəziyyətdə biz bunu görmürük. Xüsusilə vergi qurumlarının sahibkarları, iş adamlarını, şirkətləri yerli-yersiz incitməsi təbii ki, həmin şirkətlərin ölkədə fəaliyyət göstərməsinə çətinlik yaradır. Buraya əhalinin gəlirlərinin azalmasının bazarın həcmini kiçiltməsini, bu proseslərin arxasında dayanan ölkədəki siyasi narahatlıqları da əlavə etsək, onların artıq burda fəaliyyəti üçün normal mühit qalmayıb. Bu kimi çoxsaylı səbəblərdən onların ölkədən getməsini başa düşmək mümkündür”.

"İqtisadi böhranın qarşısının alınmasını çətinləşdirəcək, həmçinin böhranı daha da dərinləşdirən amilə çevriləcək"
Ekspert bunun iqtisadi böhranı daha da dərinləşdirəcəyini vurğulayıb:
Xarici şirkətləri ölkədən qaçıran amillər:

“Onsuz da investisiyaya ciddi ehtiyac var, yalnız dövlət vəsaiti hesabına bunu təmin etmək mümkün deyil. Xüsusilə də neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə... Artıq hökumət 3-4 il bundan əvvəlki kimi böyük kayihələri həyata keçirə bilmir. Həm də həmin dövrdə büdcənin böyük imkanları ona yol verirdi ki, müəyyən məmurlar şişirdilmiş layihələr hesabına büdcədən böyük vəsaitlər əldə edərək, onun bir hissəsini özləri üçün əlavə sahələrə, belə desək özəl biznesə yönəldə bilsinlər. Artıq bu imkanlar yoxdur və belə bir zamanda da xarici investetorlara böyük ehtiyac var. Bu şirkətlərin də getməsi ölkəyə yönəldilən investisiyanın azalmasına gətirib çıxaracaq və iqtisadi böhranın qarşısının alınmasını çətinləşdirəcək, həmçinin böhranı daha da dərinləşdirən amilə çevriləcək. Bu gün Azərbaycan iqtisadiyyatı üçün ciddi bir şans əldən gedir”.

Millət vəkili: "Mərkəzi Bankın sərt siyasəti bəzi şirkətlərə sərf etmir, amma gedən şirkət varsa, gələn şirkət də var"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə bunun adi bir hal olduğunu deyib. O, qeyd edib ki, ola bilsin Mərkəzi Bankın pul siyasəti ilə bağlı yeritdiyi sərt siyasət bəzi şirkətlərə sərf etmir, lakin gedən şirkət varsa, gələn şirkət də var:

“Bilirsiniz, bizim də xaricdə şirkətlərimiz var. Onlar elədir ki, gəlirlər və gedirlər. Bu, dövr edən bir prosesdir. Yəni, burada şirkət öz fəaliyyətini dayandırırsa, gedib başqa bir ölkədə nümayəndəliyini açır və başqa bir ölkədən də yeni bir şirkət gələrək burada fəaliyyətə başlayır. Buna adi bir hal kimi baxmaq lazımdır. Düzdür manatın devalvasiyası da buna təsir edib. Amma şikətlərin ölkədən getməsinə kütləvi hal demək olmaz. Maliyyə çətinlikləri ilə əlaqədar ola bilər ki, Mərkəzi Bank pul siyasəti ilə bağlı, həmçinin ciddi inflyasiyanın, ciddi devalvasiyanın olmaması üçün sərt siyasət yürüdür. Əvvəllər pul kütləsi böyük idi və heç bir problem yaşanmırdı. Amma indi banklardan 30 min manatdan artıq nəğd pul çıxarılmasına imkan verilmir, hara və necə xərclənilməsi və s. yoxlanılır. Yəni müəyyən qədər mexanizmdə dəyişiklik baş verib. Bu da ola bilsin ki, müəyyən şirkətlərə sərf etmir. Amma dediyim kimi, gedən şirkət varsa, gələn şirkət də var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...