Əli Kərimli yenə tək qaldı: "Mitinqə yalnız dost, tanışı gələcək"

Əli Kərimli yenə tək qaldı:

Xəbər verdiyimiz kimi, 23 sentyabr tarixində Milli Şura növbəti mitinqini təyin edib. AZXEBER.COM-un məlumatına görə, təşkilatçılar bu dəfə ən böyük təbliğat məkanları olan sosial şəbəkələrdə də bir araya gələ bilməyiblər. Belə ki, bundan öncəki mitinqlərdə sosial şəbəkələrdə "event" yaradan bu dəfə bunu da edə bilməyiblər. Tez-tələsik mitinq qərarı verən təşkilatçılar "event"ə az insanın qoşulacağını düşündüklərindən bu addımı atıblar.

Təsadüfi deyil ki, mitinq çağırışını yalnız Əli Kərimli və profilinə onun şəklini qoyan "fake" profillər paylaşır. Xalqın mütləq əksəriyyəti isə bu aksiyadan xəbərsizdirlər. Hətta vəziyyət o qədər biabırçıdır ki, sosial mediada 23 sentyabr yazanda Əli Kərimlinin mitinqi deyil, məşhur enerji içkilərindən birinin partisi ön plana çıxır. Bir sözlə, Əli Kərimli və ətrafı növbəti fiaskonun astanasındadır. Həmin biabırçılıq isə 23 sentyabr tarixində rəsmiləşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...