Sürücülər Ramiz Zeynalova müraciət etdi - FOTO

Sürücülər Ramiz Zeynalova müraciət etdi -

Bir qrup Səbail rayon sakini Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova müraciət ünvanlayıb.

BakuPost.az xəbər verir ki, sakinlərin müraciətinə səbəb İçərişəhər metrosu yaxınlığında yerləşən Axundov bağının ətrafında avtomobil parkinqi üçün heç bir yerin olmamasıdır. Müraciət edənlərin sözlərinə görə, bağ ətrafındakə bütün yollarda avtomobil parkinqini qadağan edən işarə qoyulsa da, Həsən Abdullayev küçəsində park etmək sərbəst idi. Lakin bir müddət əvvəl sözügedən küçəyə də parkinqi qadağan edən işarə qoyulub.

Onlar iddia edir ki, buna səbəb yaxınlıqdakı binaların altında parkinq qarajlarının yaradılmasıdır: "Bina sahibləri pul qazanmaq üçün belə bir addım atıb. Onlar istəyir ki, keçələrdə maşın saxlamaq qadağan edilsin, biz də məcbur olub binanın qarajında saxlayaq. Bu isə bizə baha başa gəlir. Pullu parkinqlər bahadır. Heç olmazsa, bizə maşın saxlamaq üçün bir küçə verilsin”.

Sakinlər imzaladıqları müraciəti general-mayor R. Zeynalova göndəriblər.


Sürücülər Ramiz Zeynalova müraciət etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...