Tanınmış azərbaycanlı prodüser İraqda ziyarət vaxtı vəfat etdi - FOTO

Tanınmış azərbaycanlı prodüser İraqda ziyarət vaxtı vəfat etdi -

İraqın Nəcəf şəhərinə Ərbəin ziyarətinə gedən azərbaycanlı zəvvarlardan daha bir nəfəri dünyasını dəyişib.

APA-nın məlumatına görə Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Fikrət Abdulxaliq oğlunun ötən gün ziyarət zamanı qəflətən halı pisləşib və o, ürəktutmadan vəfat edib.

Ailə üzvlərinin razılığı ilə mərhum ötən gecə azərbaycanlı zəvvarların müşayiəti ilə dünyanın ən böyük qəbiristanlığı hesab edilən Nəcəf şəhərinin Vadi-əs-Salam məzarlığında dəfn edilib.

Göyçayda tanınan şəxs olan Fikrət Ağakişiyev Bakıda uzun illər bir neçə tanınmış müğənninin prodüseri, eləcə də şoumen kimi çalışıb.

Qeyd edək ki, İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev də noyabrın 4-də dünyasını dəyişib.


Tanınmış azərbaycanlı prodüser İraqda ziyarət vaxtı vəfat etdi -
Tanınmış azərbaycanlı prodüser İraqda ziyarət vaxtı vəfat etdi -
Tanınmış azərbaycanlı prodüser İraqda ziyarət vaxtı vəfat etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...