İranda çörək və dərman bahalaşdı

İranda çörək və dərman bahalaşdı

İranda çörək və dərman preparatlarının qiyməti bahalaşıb.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, çörəyin qiymətində artım təqribən 15 faiz təşkil edir. Çörəkbişirmə sexləri bu gündən yeni qiymətlərlə çörək satır. Çörəyin qiyməti 3 il ərzində sabit qalıb. Dərman preparatlarının bahalaşmasına gəldikdə isə, İran Səhiyyə Nazirliyinin dərman və ərzaq məhsulları üzrə təşkilatının rəhbəri Qulamrza Əsgəri deyib ki, artım 15 növ dərman preparatını əhatə edib. Onun sözlərinə görə, bunun səbəbi inflyasiyadır.

Dərman preparatlarının qiymətinin 9 faiz artacağı gözlənilir. Hazırda müvafiq artım 3 faiz təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...