Hotellərinin çılpaq xanım oyunu - Müştərilər bu yolla OVSUNLANIR

Hotellərinin çılpaq xanım oyunu -

Hotellərin reklamı ilə məşğul olan booking.com saytında Azərbaycanda fəaliyyət göstərən bir neçə hotelin fotoları diqqət çəkir. Adətən, hotellərin reklam fotolarında otaqların səliqə və gözəlliyi, müştərilərə təqdim edilən yeməklər göz oxşayır. Lakin Azərbaycanın bəzi hotellərinin təqdimatında vəziyyət tam fəqlidir. Belə ki, onların təqdimat fotolarında otaqlar və gözəl təamlar deyil, qadınlar ön plana çəkilib. Təqdimat şəkillərində qadınların fotolarının yerləşdirilməsi hotelin öz seçimidir, lakin bu birmənalı qarşılanmır.

Hotellərinin çılpaq xanım oyunu -


Bu günlərdə reklamında məhz bu cür şəkillərin yer aldığı hotellərdən biri “Ariva”da ərəb turistin ölümü də diqqət çəkən məqamdır. Nəzərləri cəlb edən səbəb təkcə turistin hoteldə dünyasını dəyişməsi yox, hansı şəraitdə ölməsi idi.

Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist-1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi ürək çatışmazlığından dünyasını dəyişib. İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

Hotellərinin çılpaq xanım oyunu -
Hotellərinin çılpaq xanım oyunu -


Bu hal şəkillərin nə üçün birmənalı qarşılanmamasına da əsas vermiş olur.

Saytda çılpaq qadın şəkilləri ilə özlərini reklam edən hotellərlə əlaqə saxlayıb bu təqdimat yolunu seçmələrinin səbəbini öyrənməyə çalışdıq.

Hotellərinin çılpaq xanım oyunu -


“Avira” hotelin saytındakı nömrəyə cavab verən xanım bu barədə heç bir məlumat verə bilməyəcəyini dedi. Daha sonra nömrəmizi qeyd edərək yetkili şəxslərin əlaqə saxlayacağına söz verdi. Təəssüf ki, həmin yetkili şəxslər zəng etmək zəhmətini çəkmədi.

Hotellərinin çılpaq xanım oyunu -


“İva” hotelin meneceri Zemfira xanım reklam şəkillərinin əksəriyyətinin internetdən götürüldüyünü və gözəllik məqsədilə yerləşdirildiyini dedi:

“Reklamdakı qadınlar adətən öz işçilərimiz və qonaqlarımız olur. Burada nə problem ola bilər? Bizim hoteldə cütlüklər evlilik cüzdanı olmadan yaşaya bilməz. Əməkdaşlarımız da məhz öz istəkləri ilə bu reklama çəkiliblər. Burada başqa heç nə ola bilməz”.

Hotellərinin çılpaq xanım oyunu -


“Vania” hotelin saytındakı nömrədən bizi Nərmin adlı xanıma yönləndirdilər. O isə təqdimatda qadın şəkillərinin verilməsinin müdriyyətin seçimi olduğunu dedi:

“Yəqin ki, məqsəd müştərilərin bolluğunu göstərməkdir”.

Hotellərinin çılpaq xanım oyunu -


O, daha sonra bizi Leyla adlı baş menecerə yönləndirdi. Leyla xanımın cavabı belə oldu.

“Bu barədə sizə heç bir məlumat verə bilməyəcəm. Çünki bu işə mən baxmıram. Üstəlik, bu, sizi ilgiləndirən məsələ deyil”, - deyən Leyla xanım telefonu üzümüzə bağladı.

Hotellərinin çılpaq xanım oyunu -


Turizm üzrə ekspert Çingiz İsmayılov ölkədə hotellərin bu cür şəkillərdən istifadəsinin qanunsuz olduğunu dedi:

“Bir çox xarici ölkədə intim xidmət təşkil edən mərkəzlər hər kəsə bəlli olur. Onların özlərini istədikləri formada reklam etmək icazələri var. Lakin hotellərə bu cür icazələr verilmir. Ölkəmizdə hotellərdə reklamlarında bu cür şəkillərdən istifadə edilməsi qanunsuzdur. Çünki bizdə hotellərin bu cür xidmətlər təklif etməsi qanunda göstərilmir.

Hər bir hotel lisenziya alanda onun hansı xidmətləri və necə göstərməsi əks olunur. Əgər hotel lisenziya alarkən orada qeyd olunmayan üsullardan istifadə edirsə, bu zaman hüquqi müstəvidə məsuliyyət daşıyır”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov Publika.az-a açıqlamasında iki ildir hotellərə lisenziya verilmədiyini və ona görə də belə məsələlərə nəzarət edilmədiyini dedi.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, hotellərin bu cür reklama meyil etməsi bayağı yanaşmadır:

“Bu, çox ucuz, yersiz və mənasız yola əl atmaqdır. Hoteli bu cür reklam etməzlər. Hotel reklamı onun qiyməti və göstərdiyi yüksək səviyyəli xidmətdir. Otaqların təmizliyi, sanitar-gigiyenik normalara əməl edilməsi, etik mədəniyyət qaydalarının nümayiş etdirilməsi, əlavə xidmət sahələrinin artırılması, menecment işinin düzgün aparılması hotellər üçün əsas meyardır. Hotellərə ucuz, bayağı üsullarla müştəri cəlb edilməsi yanlış yanaşmadır. Keçmiş hotel əməkdaşı, bu sahə ilə maraqlanan, hətta ali məktəblərdə bu işi tədris edən biri kimi bunun beynəlxalq standartlara uyğun olmadığı fikrindəyəm. Hotel meneceri ağıllı, səriştəli və peşəkar olmalıdır. Bu cür şəkillərlə reklam edilməsi qeyri-peşəkarlıq, səviyyəsizlikdən irəli gəlir. Təəssüf ki, bu gün ölkəmizdə bəzi hotelləri təsadüfi adamlar idarə edir. Belə təqdimatlar hotellər barədə yanlış fikir yarada bilər. Bu menecerlərin öyrənməyə ehtiyacı var və biz onalara kurs keçməyə hazırıq, təki onlar öyrənmək istəsinlər. Şəbəkə hotellərinin müştəri cəlb etmək üçün istifadə etdiyi üsulları öyrənməlidirlər. Bayağı şeylərlə hotelə müştəri cəlb etmək yanlışdır”.

Ekspert hesab edir ki, lisenziyanın ləğv edilməsi hotellərə nəzarət məsələsini aradan qaldırsa da, onun əvəzində nəzarət məqsədilə başqa üsullardan istifadə etmək mümkündür:

“Menecmentdə nəzarət 6-cı funksiyadır və bu, mütləq olmalıdır. Nəzarət olmazsa, özbaşınalıq və bayağılıq ola bilər. Nəzarət deyəndə biz cəzalandırmağı yox, məsləhət və yol göstərməyi nəzərdə tuturuq. Bunun üçün yaxşı ekspertlər var, onlardan istifadə edə bilərlər. Xarici ölkələrdə də hotellərdə bayağılıq olur, amma nə üçün biz onları nümunə götürürük?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...