"Qanunsuz tikililər siyahıya alınır" Cavid Qurbanov

"Qanunsuz tikililər siyahıya alınır"


Bakı-Sumqayıt dəmir yolu xətti ətrafında xeyli sayda qanunsuz tikililər var. Bəzi tikililər sökülür, sökülməsi mümkün olmayanların isə yenidən qeydiyyatı aparılır.

Report-un xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, dəmir yollarının ətrafında qanunsuz inşa olunan tikililərin sayı həddindən artıq çoxdur:

"Əksəriyyətinin sənədi yoxdur. Yeni qeydiyyata alınmadan sonra bütün sənədlər hökumətə təqdim olunacaq".
"Bununla bağlı dövlət başçısının bir neçə sərəncamı var və bu, olduqca həssas məsələdir. Ona görə də məsələ xüsusi yanaşma tələb edir", - deyə C.Qurbanov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...