Rafaeli narkozdan belə ayıltdılar - VİDEO

Rafaeli narkozdan belə ayıltdılar -

“Bu şəhərdə”nin aktyoru, əməkdar artist Rafael İsgəndərov mədəsindən müayinə olunub.

Bu barədə Kult.az-a aktyor özü məlumat verib.

“Gəncədə çəkilişlərdə olarkən mədəmdə problem yarandı. Gəncə Beynəlxalq Xəstəxanasında narkoz altında mədəmə baxış keçirildi. Müayinədən sonra mədəmdə ciddi bir şey aşkarlanmadı. Həkim yüngül müalicə yazandan xəstəxanadan çıxdım”, - R.İsgəndərov bildirib.

“Bu şəhərdə”nin rəhbəri Müşfiq Abbasov da Rafael İsgəndərovun səhhəti ilə bağlı qeyd paylaşıb.

“Dostlar, iki gün öncə bizim Rafael Gəncə Beynəlxalq Xəstəxanasında müayinə olundu. Klinikanın bütün kollektivinə təşəkkür bildiririk. Hər şey, Allaha şükür, yaxşıdır", - deyə M.Abbasov yazıb.

Rafael İsgəndərovun ayıltma otağında narkozdan ayılması prosesi lentə alınıb.

Həmin kadrları təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...