Bakıda böyük təhlükə: 16 mərtəbəli yeni binada çatlar yarandı

Bakıda böyük təhlükə:

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki Günəşli yaylası çökmə-oturma sahəsində 16 mərtəbəli binada çatlar yaranıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu halı bu gün Zığ və Günəşli yaylasındakı əraziyə baxış keçirərkən müşahidə ediblər:

"Günəşli yaylası təxminən Qaraçuxur qəsəbəsində yerləşən "Lukoyl” yanacaqdoldurma məntəqəsindən başlayır və dəniz istiqamətində davam edir. Günəşli yaylasında tektonik qırılma xətti keçir. Oradakı çatları, torpaq qatı üzərində baş vermiş deformasiyaları aydın şəkildə gözlə görmək mümkündür. Burada həmin tektonik qırılma xətti boyunca yamac istiqamətində evlərin əskəriyyətində çatlar, deformasiyalar yaranıb. Bugünkü müşahidələrimiz də onu göstərdi ki, son günlər ərzində çatlar artıb. Eyni zamanda, həmin ərazidə 16 mərtəbəli yeni bir bina da inşa olunub. Həmin binanın bir küncü qırılma xəttinə düşür. Bu gün binada xırda da olsa, çatlar müşahidə etdik. Binanın 5-6 metrlik məsafəsində olan tikililər isə tam yararsız vəziyyətə düşüb”.

Günəşli yaylasında yamacın həddindən artıq yükləndiyini deyən Ə.Qaralov əlavə edib ki, mövsümlə əlaqədar yağıntıların miqdarının artması, məişət sularının axıdılması nəticəsində torpaq qatı həddindən artıq ağırlaşıb: "Eyni zamanda, tektonik qırılma baş verib. Yamac da dikdir. Orada da çox sayda evlər tikilib”.


Bakıda böyük təhlükə:
Bakıda böyük təhlükə:
Bakıda böyük təhlükə:
Bakıda böyük təhlükə:
Bakıda böyük təhlükə:
Bakıda böyük təhlükə:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...