"Qarabağda fəal şəkildə minalama işləri aparılır" - Ermənistan MN detalları açdı

 "Qarabağda fəal şəkildə minalama işləri aparılır" -

"Keçən il baş verən çoxsaylı mina partlayışları "düşmən" ərazilərinə yaxın aparılan fəaliyyətlərin nəticəsi olub".

Ermənistanda İnsan Hüquqları Naminə təşkilatın jurnalistləri 2017-ci ildə Ermənistan ordusunun hərbi qulluqçularının ölümlərinə və yaralanmasına səbəb olan onadək mina partlayışı hadisələri qeydə alıblar.

Bu qədər faciəvi nəticəyə səbəb olan hadisədə hansı minalar partlayıb? Ehtimal olunur ki, söhbət tank əleyhinə olan minalardan gedir. Mina basdırılması işlərinin bu qədər fəallaşması nə ilə əlaqədardır? Erməni kəndlərdəki söz-söhbətlərə görə torpaq təhvil verməyə hazırlıq gedir, ona görə də mina basdırırlar. Yaralılar nə vəziyyətdədir?

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan erməni KİV-lərinin suallarını cavablandırıb. O, yaralıların vəziyyətinin yaxşı olduğunu, hansı minaların partladığını isə deyə bilməyəcəyini qeyd edib.

"Həm piyada həm də tank əleyhinə minalar yerləşdirilir. Hansının partladığını demək çətindir. Bəli fəal şəkildə minalama işləri aparılır. Çünki hazırda minalarımız çoxdur və çox sayda minalama işləri aparılmasına ehtiyac var", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda tank hərəkətinə təhlükəli bölgələrdə, əsas nəzarətdən kənar olan zonalarda fəal minalama işləri aparılır. "Hazırda minalama işləri çox aparılır, keçən il baş verən çoxsaylı mina partlayışları "düşmən" ərazilərinə yaxın aparılan fəaliyyətlərin nəticəsi olub. Ancaq bu mövzuda danışmaq arzu edilən deyil", - deyə Hovhanissyan əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...