"Harada desələr orada fəaliyyət göstərəcəyik" - Aydın Əliyev DGK-nin birləşdirilməsi haqda

"Harada desələr orada fəaliyyət göstərəcəyik" -

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi komitənin bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“APA-Economics”in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, bəzi ölkələrdə Gömrük Komitəsi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir.

"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik", - deyə A.Əliyev vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...