Ərdoğana sürpriz: AKP getdikcə zəifləyir

Ərdoğana sürpriz:

Hakim Ədalət və İnkişaf Partiyasının Milliyyətçi Hərəkat Partiyası ilə yaxınlaşması hər iki partiyanın da mövqelərində itkilərə səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu “Xalq TV”yə müsahibəsində Türkiyənin “Gezici” araşdırmalar mərkəzinin rəhbəri Murad Gezici söyləyib.

“MHP xüsusi mövqeyi olan partiyadır, amma fərqli baxış bucağı olan partiya ilə hərəkət edir. Bu MHP-nin dəstəkçiləri arasında müəyyən reaksiyalara səbəb olacaq. Eyni zamanda bu yaxınlaşma cənub-şərqi və şərqi Anadoluda mövqelərin itirilməsinə şərait yaradacaq. Kürdlərin 65%-i AKP-ni dəstəkləyir. Yəni kürdlər bu iki partiyanın yaxınlaşmasından narahatdırlar”, - deyə o bildirib.

O həmçinin dekabr ayında şirkətinin apardığı araşdırmanın nəticələrini açıqlayıb. Bu nəticələrə əsasən, AKP-ni dəstəkləyənlərin sayı 49%-dən 42%-ə düşüb. Ondan sonrakı yerlərdə isə İYİ Partiya (20,2%), CHP (20,1%), HDP (8,73%) və MHP (7,29%) yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...