Küçədə rəqs edən qız polisə çağırıldı: maşın müğənninindir

Küçədə rəqs edən qız polisə çağırıldı:

Dünəndən Bakıda bir qızın maşınla yolun ortasında rəqs etməsi müzakirələrə səbəb olub. Hadisə Cavanşir körpüsünün yaxınlığında baş verib və görüntülərdən məlum olur ki, xanım digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır.

GUNDEMİNFO.AZ xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə Qafqazinfo-ya bildirib ki, artıq həmin xanımın kimliyi yol poilisi tərəfindən müəyyən olunub:

"Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. O xanım idarəyə dəvət olunub. İlkin araşdırmalar gedir. Bizim də müəyyən etdiyimizə görə maşın müğənni Nur Cəfərlinin adınadır. Onun nə səbəbdən belə atdım atdığı verdiyi ifadədən sonra məlum olacaq. Hadisənin nə vaxt baş verdiyi də hələ ki, bilinmir. Belə bir halın ümumilikdə yolun hərəkət hissəsində edilməsi cəmiyyət içərisində yaxşı qarşılanmır. Bu insanlara heç də yaxşı nümunə deyil. Oynamağa yermi azdı? Cəmiyyətdə tanınmaq üçün belə yollara baş vurmaq lazım deyil. Yəqin ki araşdırmalar bitdikdən sonra məsələ aydınlaşacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...