“Zeytun budağı”yla bağlı son rəqəmlər - 1062 terrorçu məhv edilib

“Zeytun budağı”yla bağlı son rəqəmlər -

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1062 terrorçu zərərsizləşdirilib.

BakuPost xəbər verir ki, qərargah təkcə son sutka həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 34 üzvünün məhv edilməsi barədə xəbər yayıb.

Bundan başqa, son məlumata görə, terrorçuların silah-sursat dolu 19 mühüm obyektinin də məhv edildiyi bildirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...