Milli Məclisdə qalmaqal: "Çıxış-zad etmək fikrim yoxdur"

Milli Məclisdə qalmaqal: "Çıxış-zad etmək fikrim yoxdur"

Milli məclisin bu gün keçirilən iclasında deputat Arif Rəhimzadə ilə spiker Oktay Əsədov arasında narazılıq yaranıb.

Gundeminfo.az yenicag.az-a istinadən xəbər verir ki, Ədliyyə nazirinin müavini Vilayət Zahirovun çıxışından sonra söz alan Arif Rəhimzadə ona vaxtında söz verilməməsindən şikayətlənib: "Burada prosedurlar belədir ki, adətən hesabatlardan sonra Milli Məclisin komitə sədri çıxış etməlidir. Ondan sonra deputatlar danışmalıdır. Ancaq Vilayət Zahirov danışandan sonra mənə söz verilmədi. Çıxış-zad etmək fikrim yoxdur”.

Oktay Əsədov isə Rəhimzadənin bu iradına adekvat cavab verib: "Arif müəllim, çıxış etmək fikriniz var idisə, çıxışa yazılaydınız. Sizin bu "pretenziya”nızı başa düşə bilmirəm. Burda kimə məhdudiyyət yardılır ki? Kim istəyir o da çıxış edir”.

Qeyd edək ki, spikerin bu sözlərindən sonra deputat fikrindən daşınmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...