Elektrik enerjisinin qiyməti qalxacaq?

Elektrik enerjisinin qiyməti qalxacaq?

"2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək". "APA-Economics" xəbər verir ki, bu barədə "Standard&Poors" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə "Azərenerji"nin tarifləri 33% artıb: "Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük".

Agentliyin mütəxəssisləri qeyd edirlər ki, "Azərenerji"nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək: "Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...