Azərbaycanda yayılan yeni virusla bağlı — Səhiyyə Nazirliyindən açıqlama

Azərbaycanda yayılan yeni virusla bağlı —

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı yaşanan narahatlıqlar barədə açıqlama verib.
Afaq Əliyeva “Ölkə.Az”a bildirib ki, sözügedən məsələ ilə bağlı ciddi narahatlığa ehtiyac yoxdur:

“Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir. Xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir. Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...