Türkiyə meydan oxudu: Eyni anda Egeydə təlimə başladı

Türkiyə meydan oxudu:

Türkiyə Hərbi Dəniz Qüvvələri Egey dənizində təlimə başlayıb. Axar.az xəbər verir ki, təlimin 7 martdan başladığı və bunun ictimaiyyətə yalnız indi bəlli olduğu bildirilib. Təlimin 30 aprelə qədər davam edəcəyi gözlənilir. Təlimdə nə qədər hərbçinin iştirak etdiyi açıqlanmayıb. Təlim zamanı həmçinin real mərmilərdən istifadə olunacağı bildirilib.

Qeyd edək ki, martın 6-da Yunanıstan Egey dənizində hərbi təlimə başlamışdı. 30 aprelə qədər davam edəcək təlim xüsusilə Türkiyə şəhərlərinə yaxın bölgələrində keçiriləcək. Ankara yunanların provokasiyaya yol verdiyini və bu təlimin türk mülki gəmilərinin hərəkətinə maneə yaratmaq məqsədi daşıdığı bildirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...