Şəmkir Aqropark MMC-yə ittiham - "Özünüzü aldadılmağa imkan verməyin"

Şəmkir Aqropark MMC-yə ittiham -


Redaksiyamıza yazan sahibkar üzləşdiyi qanunsuzluqlardan gileylənir. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Şəmkir Aqropark tərəfindən aldadılaraq məhsulu zay edilən sahibkarlardan biriyəm. Qış mövsümündə soyuducu anbarlarda saxlanılmaq üçün mənə məxsus olan xurma məhsulunu Şəmkir Aqropark MMC-yə təhvil verdikdən sonra mənə həmin şirkətin rəhbər şəxsləri tərəfindən danışılan min bir yalana inanaraq külli miqdarda ziyan çəkmişəm. Belə ki, məhsulu anbara təhvil verən zaman həmin şirkətin laboratoriyasından məhsula guya zəmanət verilib və şirkətin rəhbər şəxslərindən olan Vüqar adlı şəxs mənə saxlanacaq məhsulun sığorta ediləcəyini və ziyan dəyəcəyi təqdirdə ziyanın dəyərinin mənə ödəniləcəyi barədə şifahi zəmanət verib. Amma nəticədə mənim tonlarla xurma məhsulum yarıtmaz idarəçilik və keyfiyyətsiz nəzarət sayəsində xarab olub. Soyuduculara cavabdeh olan Fuad adlı şəxs günahın onda deyil məndə olduğunu sübut etməyə çalışır. Mənim Şəmkir Aqroparkda çalışan rəhbər şəxslər barədə öyrəndiyim məlumata görə həmin şirkətdə olan vəzifəli şəxsların çoxunun adı qalmaqallı oğurluq və yeyinti işlərində keçir.

Sözüm Şəmkir Aqroparka məhsul vermək istəyən sahibkarlarıdır: Özünüzü aldadılmağa imkan verməyin, fırıldaqçı və yalançı şirkətlə iş görməkdən uzaq durun!"

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...