Sabah külək əsəcək, yağış yağacaq

Sabah külək əsəcək, yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 12-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...