İŞİD Fransada marketə hücum etdi: ölənlər və girovlar var

İŞİD Fransada marketə hücum etdi:

Fransanın Treb şəhərində İŞİD-çinin supermarketə hücumu zamanı iki nəfər həlak olub. Qaynarinfo zəbər verir ki, bu barədə AFP polisdəki mənbələrə istinadən məlumat yayıb. Ölənlərdən birinin marketdə çalışan qəssab olduğu bildirilir. Treb bələdiyyəsinin sədri BFM TV-yə açıqlamasında iki nəfərin yaralandığını deyib. "Reuters"ə danışan polisdəki mənbə isə içəridə 8 nəfərin girov saxlandığını bildirib.

Yerli polisin rəisii Jean-Valeri Lettermann "Təəssüf ki, bir nəfərin öldüyünü təxmin edirik. Amma içəriyə həkim göndərə bilmirik" deyib.

***15.45

Fransanın cənubunda yerləşən Treb şəhərində naməlum şəxs supermarketə hücum edib.

Qaynarinfo xəbər verir ki, həmin şəxs bi neçə market işçisini girov götürüb.

Məlumata görə, "Super U” adlı marketə daxil olan silahlı şəxs ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyib.

Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...