İnfarkt keçirdiyi deyilən Fazil Məmmədov danışdı: "Bəsdirin artıq”

İnfarkt keçirdiyi deyilən Fazil Məmmədov danışdı:

Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

Qaynarinfo "Bizimyol.info"-ya istinadən xəbər verir ki, sabiq nazir barəsində yayılan məlumatla bağlı açıqlama verib: "Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...