Ramil Usubov rəisi cəzalandırdı, serjant işdən çıxarıldı

Ramil Usubov rəisi cəzalandırdı, serjant işdən çıxarıldı

Bakıda turistlə bağlı yol verilən qeyri-qanuni hərəkətə görə yol polisi rəisi cəzalandırılıb, polis serjantı isə işdən çıxarılıb. Gundeminfo.az "Report"a istinadən xəbər veriri ki, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) serjantı (adı açıqlanmır) turistə qarşı etdiyi qanunsuz hərəkətə görə polis orqanlarından xaric edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə isə şiddətli töhmət verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında ölkəyə turistlərin cəlb olunmasının vacibliyindən danışıb, turistləri incidənlərin, onlardan əsasız pul tələb edənlərin cəzalandırılacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...