Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi? – CAVAB

Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi? –

Sosial şəbəkələri bağlamaq nə dərəcə mümkündür?

İnteqrasiyanın genişləndiyi bir dövrdə sosial şəbəkələrin imkanları danılmaz faktdır. Lakin cəmiyyətimizdə sosial şəbəkələr haqqında fikirlər birmənalı deyil. Son günlərdə isə tez- tez vəzifəli şəxslərdən sosial şəbəkələr haqqında tənqidi fikirlər eşidirik. Milli Məclisin deputatlarından tutumuş, müğənnilərə qədər bir çox insan sosial şəbəkələrin bağlanmağını istəyir.


Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdən şikayətçi olan insanlar adətən istifadəçilərin onların ünvanına təhqiramiz ifadələr səsləndirdiyi və ya onların haqqında həqiqətə uymayan dezinformasiyalar yaydığını əsas gətirirlər.

Tanınmış simaların sosial şəbəkələrin bağlanılması ilə bağlı fikirlərinə sosioloq Əhməd Qəşəmoğlu “Bu təklif normal bir təklif deyil. Ümumiyyətlə bizim sosial şəbəkələri bağlamağımız beynəlxalq aləmdə birmənalı qarşılanmaz. Lakin sosial şəbəkə istifadəçiləri arasında maarifləndirici tədbirlər görülməsi mütləqdir. Çünki bəzən elə şərhlər görürsən ki, adam utanır. Nəzərə alsaq ki, dost var, düşmən var, insanlar arasında sosial platformada bu cür təhqiramiz yazışmaların getməsi düzgün deyil. Necə ki, biz deyirik ictimai yerlərdə davranış mədəniyyəti təbliğ olunmalıdır, həmçinin də sosial şəbəkələrdə də danışıq mədəniyyəti aşılamaq lazımdır”- deyərək öz fikrini bildirib.

Bəzi millət vəkilləri tərəfindən sosial şəbəklərə nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürülən təklifə Əhməd Qəşəm oğlu “Baxır nəyə nəzarəti deyirlər. Erotik, pornoqrafik və ya dövlət əleyhinə yanlış informasiya bu tipli yazılara nəzarətin olmasını məqsədəuyğun hesab edirəm. Yəni bu tipli yazılara elektron filtr qoyulması daha düzgün olardı. O şeylər ki, insanların əxlaqına, mənəviyyatına mənfi təsir göstərir onlara qarşı bir az diqqətli olmaqda fayda var. Amma qalan şeylər ki, insanlara filan şeyi danış, filan şeyi danışma bu tamamilə yanlışdır.”

“Sosial şəbəkələrdə təhqir edənlərə qarşı da tədbir görülməlidir”.

Əhməd bəy sosial şəbəkələrdə təhqirdən çox istifadə edənlərə də münasibət bildirərək, “Necə ki ictimai yerlərdə təhqirdən istifadə etməyin cəzası var, eynən də sosial şəbəkələrdə… Çünki təhqir insan ləyaqətini alçaltmaq deməkdir. Və hər bir ləyaqətinin alçaldığını düşünən insanın məhkəməyə müraciət etmək hüququ var. Amma bu proses uzun olduğuna görə demək olar ki, heç kim buna görə məhkəməyə müraciət etmir” dedi.

Şou-biznes nümayəndələrinin də bəzən sosial şəbəkələrə qarşı aqressiv yanaşdığını görürük. Bu sıralara tanınmış aparıcılar da qatılır. Bunun səbəbi isə efirdə dedikləri sözlərə, etdikləri hərəkətlərə adekvat cavab almalarıdır. Məsələn, əvvəllər müğənni efirə uyğunsuz geyimdə çıxanda, aparıcı səviyyəsiz hərəkətlər edəndə bunun tamaşaçı tərəfindən reaksiyasını görmürdü, eşitmirdi. İndi isə sosial şəbəkələr var.

Efir qarşısında olan tamaşaçı görür ki, teleaparıcı insanların hissləri ilə oynayır, onlara əsəb yaşadır. Buna görə də qəzəblənir. Həmin aparıcının sosial şəbəkədəki ünvanını tapır və onu sərt tənqid edir. Bəzən isə əxlaq dəyərlərini pozub, təhqirə keçirlər.

Özlərini toparlamağı, düzgün danışmağı, ədəbli hərəkət etməyi bacarmayanlar minlərlə insanın istifadə etdiyi sosial şəbəkələri bağlamağı təklif edirlər. Yəqin onlar düşünmürlər ki, belə bir addım ölkəmizin imicinə necə mənfi təsir edə bilər. /Minval.info/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...