Məktəb direktoru maşını məktəbin həyətində saxlayır - Şagirdləri qovur

Məktəb direktoru maşını məktəbin həyətində saxlayır -

Suraxanı rayonu, Yeni Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəb barədə social şəbəkələrdə yayılmış foto marağa səbəb olub. Avtosfer.az xəbər verir ki, məktəbin direktoru Gülnarə Əkbərova həyətdə dayanan şagirdlərə acıqlanır və onları təcili siniflərə getməyə çağırır. Zahirən burda qeyri-adi heç nə yoxdur. Hətta direktorun bu hərəkəti təqdirəlayiqdir.

Amma fotoda diqqət çəkən digər bir maraqlı məqam var. Belə ki, məktəb direktorunun avtomobili şagirdlərin sırada dayanması üçün nəzərədə tutulmuş yerdə - düz məktəbin qarşısında park edilib. Görəsən direktor avtomobili saxlamğa başqa yer tapmırmı?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...