Bakıda növbəti böyük söküntü qərarı - VİDEO

 Bakıda növbəti böyük söküntü qərarı -

"Hazırda "Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq". Gundeminfo.az xəbər verir ki, bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, bu il "Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb. "Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılcaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”, - deyə Abid Şərifov qeyd edib.

Baş nazirin müavini Bakıda həyata keçirilməsi nəzərdə tutulan və başladılan pilot layihələr barədə də açıqlamalar verib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...