Bu nazir postu ilə vidalaşır — İDDİA

Bu nazir postu ilə vidalaşır —

11 aprel tarixində Azərbaycanda prezident seçkiləri keçirildi.

“Ölkə.Az” xəbər verir ki, seçkilərdə qalib gələn İlham Əliyev 18 aprel tarixində Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başladı. Eyni gündə isə, Konstitusiyaya uyğun olaraq, nazirlər kabineti istefaya göndərildi.

Bu gün Milli Məclis plenar iclas keçirərək, prezidentin baş nazir kimi namizəd göstərdiyi Novruz Məmmədovu bu posta təsdiqlədi. Bundan sonra isə hansı nazirlərin qalıb, hansılarının gedəcəyi barədə mətbuatda bir çox analizlər yazılır.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Müdafiə Sənayesi naziri Yavər Camalov da bu dəfə kabinetdə təsdiqlənməyəcək. Çox güman ki, yaxın günlərdə bu posta başqa bir şəxs təyin ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...