"Alov qüllələri"nin yeri dəyişdiriləcək - VİDEO - FOTO

Bütün dünyada məşhur olan, Rusiyanın bir nömrəli illüzionistləri hesab edilən Sergey, İlya və Andrey Safranov qardaşları Bakıya gələcəklərini deyib. "Moskva-Baku" nəşrinə müsahibə verən Safronovlar Bakı səfərlərindən də danışıblar. Bakıya heyran qaldıqlarını deyə qardaşlar paytaxtımızda bir neçə möhtəşəm illuziya fəndləri göstərmək istədiklərini deyiblər.
"Bakıya gələndə təəssüf ki, gəzməyə çox vaxtımız olmur. Səhər gəlirik, hotelə daha sonra isə komandamızla birbaşa səhnəyə gedirik. Konsertdən sonra isə dərhal geri qayıdırıq. Amma bir dəfə Bakını az da olsa gəzə bildik. Xatırlayıram, üç bina alov dillərinə oxşayır. Bu qüllələrlə bağlı çox gözəl fənd fikirləşmişik. Bunu heç kim etməyib. Ola bilsin "Alov qüllələri"ni yoxa çıxartdıq, ya da yerni dəyişdirdik, yəni binanı hərəkət etdirəcəyik", deyə illüzionist qardaşlar bildirib. Safronovlar Bakıya nə vaxt gələcəkləri barədə dəqiq vaxt deməsələr də səfərin tezliklə baş verəcəyini bildiriblər.
İllüzionist qardaşlar 2002-ci ildən illüziya ilə məşğul olmağa başlayıblar. Onları Kim? Harada? Necə? verilişinin aparıcısı Boris Kryük kəşf edib. "Alov qüllələri" kompleksi Bakı şəhərində ən hündür binadır. Hündürlüyü 190 metrdir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. Binanın tikintisi 2007-ci ildə başlayıb, 2012-ci ildə isə başa çatdırılıb.
709 dəfə oxundu