Bakıda 77 nəfəri zəhərləyən şadlıq sarayının rəhbəri həbs edilə bilər

Bakıda 77 nəfəri zəhərləyən şadlıq sarayının rəhbəri həbs edilə bilər


Bakıdakı şadlıq sarayında baş verən kütləvi zəhərlənmə ilə bağlı həbs gözlənilir. Milli.az xəbər verir ki, "Zəngəzur" şadlıq sarayında avqusun 8-də 77 nəfərin zəhərlənməsi ilə bağlı artıq cinayət işi başlanıb.

Milli.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin salamlığına az ağır və ya ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı dava etdirilir.

Avqustun 8-də Binəqədi rayonunda yerləşən "Zəngəzur" şadlıq evində keçirilən toy mərasimində 77 nəfər zəhərlənib, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət edib. Qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı" ehtimal olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...