Fəzail Ağamalının köməkçisi qəzada öldü

Fəzail Ağamalının köməkçisi qəzada öldü


Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Xıdırlı yolötürücüsü yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Bakıya qarpız aparan “QAZel” markalı yük avtomaşını ilə “Opel” markalı avtomaşının toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Nəticədə “Opel”in sərnişinlərindən biri aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Biri uşaq, digəri qadın olmaqla iki sərnişin isə yaralı halda Ələt qəsəbəsindəki hospitala aparılıb.

Morqdan verilən məlumata görə, qəzada ölən şəxs Salyan şəhər sakini, 1958-cü il təvəllüdlü Həsənov Həsənbala Həbib oğludur. H.Həsənov deputat Fəzail Ağamalının köməkçisidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...