Ağacan Abıyev Vidadi İsgəndərlini rinqə çağırdı

Ağacan Abıyev Vidadi İsgəndərlini rinqə çağırdı

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin İntizam Komissiyasının sədri, 80 yaşlı deputat Ağacan Abıyev bu dəfə Avropada mühacir həyatı yaşayan "hüquq müdafiəçisi" Vidadi İsgəndərlini rinqə çağırıb.
Deputat “Ölkə.Az”a açıqlamasında bildirib ki, Vidadi İsgəndərli də Azərbaycana qarşı söyüş kampaniyası aparan digər şəxslər kimi aradan çıxıb:

"İndi gedib xaricdən Azərbaycana qarşı söyüş söyürlər. Vidadi də Orduxan kimi aradan çıxıb, indi xaricdən söyüş söyür. Əgər Vidadi İsgəndərli burada olsaydı, mən onu rinqə çağırardım. Mən Orduxanı da rinqə çağırmışdım. İndi bu adam da gəlib mənimlə üzbəüz oturub normal söhbət etsin, ilk növbədə onunla intelektual debat keçirək. Əgər Vidadi İsgəndərli söhbətlə başa düşməsə, o zaman onu rinqə çağıracam. Ümumiyyətlə, belə adamları əvvəlcə söhbət rinqinə çağırmaq lazımdır. Əgər söhbətlə başa düşməsələr, sonra əsl rinqə çağırıb səhv olduğunu başa salırsan. Yəni, göstərirsən ki, bax biz beləyik: sizin kimi tərbiyəsiz adamları həm söhbətlə, həm də rinqdə döyürük".

Ağacan Abıyev qeyd edib ki, heç bir insanın başqa adamı təhqir etməyə ixtiyarı yoxdur:

"Vidadi İsgəndərlinin ağızından küçə söyüşləri yağır, normal ifadələrlə danışmağı bacarmır, gah deputatları, gah da nazirləri təhqir edir. Ona kim ixtiyar verir ki, başqa adamları təhqir etsin? Bu cür hərəkətlər yolverilməzdir".

Xatırladaq ki, Ağacan Abıyev bu yaxınlarda "video-bloger" Orduxan Teymurxanı da rinqə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...