Gömrük Komitəsində yeni təyinatlar - rəis müavini rəis oldu...

Gömrük Komitəsində yeni təyinatlar -

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini vəzifəsində çalışmış Bəhruz Quliyev həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

Gundeminfo.az xəbər verir ki, DGK-dan verilən məlumata görə, Komitə sədrinin digər əmrinə əsasən isə Biləsuvar Gömrük İdarəsinin rəisi Nazim Süleymanov təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb, həmin idarənin rəisi vəzifəsinə Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Musa Mirzəli təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...