“KİA Azərbaycan” satış mərkəzlərini bağladı

“KİA Azərbaycan” satış mərkəzlərini bağladı


Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb. Bunu “KİA Motors Azərbaycan” şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisi fins.az-a deyib ki, satışların azalması səbəbindən “KİA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub.

“Bu proses davam edəcək. İlin sonuna kimi 2-3 satış mərkəzi bağlanacaq. Satışlar azaldığı üçün Badamdar, "AMAY" ticarət mərkəzinin yaxınlığında və Masallıdakı rəsmi dilerlərimiz bağlanıb. Bu, normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır” - deyə Z.Əlibəyov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...