Sabiq polkovnik yenə həbs edildi - 800 minlik dələduzluq

Sabiq polkovnik yenə həbs edildi -

Həbsdə olan polkovnikin cinayət işi üzrə məhkəmə iclası başlayıb. O, 800 minlik dələduzluqda ittiham edilir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirlən şəxsin anket məlumatları dəqiqləşdirilib. 1958-ci ildə Səbirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır. S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir.

Onun daha əvvəl də eyni maddə ilə təqsirli bilinərək həbs edildiyi məlum olub. Məhkəmənin baxış iclası mayın 23-nə təyin edilib. Təqsirləndirilən Şükürov ümumilikdə 800 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinir. İttihama görə Şükürov İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...