“Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma - Kütləvi qovulmalar

“Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma -

"Grand Hospital”da kütləvi ixtisar olub.

BakuPost-a daxil olan xəbərə görə, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaçı olnan yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.

Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.

Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib.

Arzu Əyyubova
Rasim Məhərrəmov
Afaq Ələsgərova
Röyal Hacıməmmədov
Namiq İsmayılov
Seymur Mehtiyev
Sənan Aşirov
Toğrul Ömərov

Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.

Hazırda klinikada gərgin vəziyyət hökm sürür.

BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli ilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...